Bakının Suraxanı rayonunda yeddi yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“resmixeber.az”un məlumatına görə, 2016-cı il təvəllüdlü Y.Nəcəfli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az