
Bakı.Trend:
Fransanın cənub-qərbindəki Jirond departamentində tüğyan edən
meşə yanğınları səbəbindən 42 xəstəxanadan tibb personal və
pasiyentlər təxliyə edilib.
Bu barədə Fransa KİV-də məlumat yayılıb.
“42 tibb müəssisəsində təxliyə həyata keçirilib”, – deyə nazir
bildirib.Onun sözlərinə görə, regiona əlavə 5 milyon tibbi maska
göndərilib. Ümumilikdə xəstəxanalardan 4,2 mindən çox insan təxliyə
olunub.
Ölkə tarixində ən böyük meşə yanğınının söndürülməsi üçün Jirond
departamentinə, o cümlədən İsveçrədən gələn əməkdaşlar da daxil
olmaqla, təxminən 2,5 min yanğın-xilasetmə xidməti əməkdaşı cəlb
olunub. Onlara 1,5 min Fransa hərbçisi və təxliyənin təşkilini
həyata keçirən, eləcə də fəlakət zonasının təhlükəsizliyini təmin
edən 1,2 min polis əməkdaşı dəstək verir.

