Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurdu

Dünya

Finlandiya sanksiyaların bir hissəsi olaraq Rusiyanın 187 milyon avro dəyərində aktivlərini dondurub.

Bu barədə Skandinaviya ölkəsinin xarici işlər nazirliyi məlumat yayıb.

“Ölkədə dondurulmuş aktivlərlə bağlı işlərə borcların yığılması departamenti baxır. Hazırda agentlik 187 milyon avro məbləğində aktivləri dondurub”, – məlumatda deyilir.

Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Saarivaaranın qeyd etdiyi kimi, söhbət daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar, təyyarələr və digər dəyərli əmlaklardan gedir. Onların müsadirəsi Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilmiş şəxslər və təşkilatların əmlakına qarşı həyata keçirilib.

Ümumilikdə əmlakın müvəqqəti və ya daimi müsadirəsi və ya dondurulması ilə bağlı 200-ə yaxın qərar qəbul edilib.

Mənbə: iz.ru

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir