Bu gülü qoparanları 25 min cərimə edirlər

Baş səhifə

Türkiyənin Bolu vilayətində yerləşən Gölcük Təbiət Parkı və Abant Gölü Milli Parkında gölləri bəzəyən endemik nilufər çiçəkləri çiçək açmağa başlayıb. Qoruma altında olan bu nadir bitkini qoparan şəxslərə isə ciddi cərimə tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, sarı, ağ və çəhrayı rəngli çiçəkləri ilə diqqət çəkən nilufərlər hər il minlərlə yerli və xarici turistin marağına səbəb olur.

Türkiyə qanunvericiliyinə əsasən, qorunan nilufər çiçəyini qoparan şəxslər 699197 lirə, yəni təxminən 25 min manat məbləğində cərimələnəcəklər.

Bundan əlavə, Gölcük Təbiət Parkı və Abant Gölü Milli Parkında nilufərlərin zərər görməsinin qarşısını almaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.