Azərbaycan və ABŞ uzunmüddətli əməkdaşlıq üçün möhkəm təməl qoyublar –

Baş səhifə

Ortaq strateji baxışa əsaslanan Azərbaycan və ABŞ-ın birgə təşəbbüslərinin həyata keçirilməsi – regionda sülhün və uzunmüddətli rifah təmin edilməsi – qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-nin Müstəqillik Gününün 250 illiyi münasibətilə keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, rəsmi Bakı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edəcək.

“Bu, iqtisadi və investisiya əməkdaşlığının daha da genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə birgə fəaliyyətin dərinləşməsinə töhfə verəcək”, – S. Şərifov qeyd edib.

Baş nazir müavini həmçinin vurğulayıb ki, ABŞ 250 illik dövlətçilik tarixi ərzində dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlər sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayaraq aparıcı dünya dövlətləri arasında layiqli yer tutub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.