Makronun fransızlar arasındakı populyarlığı azalıb

Dünya

Fransa prezidenti Emmanuel Makron və baş nazir Elizabet Bornun populyarlığı bu ay, xüsusən də pensiya islahatları layihəsi fonunda azalıb.

Fransa vətəndaşlarının təxminən 65%-i prezidentin yanvar ayındaki fəaliyyətindən narazıdır ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə üç faiz bəndi çoxdur. Fransalıların yalnız 34%-i Makronun hərəkətlərindən razıdır ki, bu da bir ay əvvəlkindən iki pillə aşağıdır.

Bildirilir ki, bu göstəricilər Fransa prezidentinin 2020-ci ilin fevralından bəri ən aşağı populyarlıq səviyyəsidir.

Həmçinin, yanvarda fransızların 64%-i Bornun siyasəti ilə razılaşıb. Halbuki, dekabrda bu göstərici 59% olub. Ölkə əhalisinin 32% onun fəaliyyətini müsbət qiymətləndirir ki, bu da siyasətçinin hökumət başçısı təyin olunmasından bəri ən pis nəticədir.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir