Bayden ad gününü təbrik etdiyi şəxsin adını unutdu – VİDEO

Dünya

ABŞ prezidenti Co Bayden ölkədə afroamerikalı əhalinin hüquqları uğrunda mübarizənin lideri Martin Lüter Kinqin oğlunun həyat yoldaşının adını unudub.

Amerika lideri bazar ertəsi Vaşinqtonda milli bayram sayılan Martin Lüter Kinq Günü şərəfinə keçirilən mərasimdə çıxış edib.

Tədbirdə Kinqin oğlu III Martin və onun həyat yoldaşı, yanvarın 16-da 49 yaşı tamam olan Andreya Uoters Kinq də iştirak edib. Bayden qadının ad günü münasibətilə ənənəvi “Happy Birthday” mahnısını oxuyarkən Andreya Uoters Kinqin adını çəkə bilməyərək mızıldanıb.

Hüquq müdafiəçiləri bu anı gülüşlə qarşılayıblar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir