Dünyanın ən təhlükəsiz hava yolları şirkətlərinin adları açıqlanıb

Dünya

Dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətlərinin reytinq siyahısı tərtib edilib.

Bu məqsədlə 385 aviaşirkət təhlil edilib.

Beləliklə, dünyanın ən təhlükəsiz hava yolları şirkəti Avstraliyanın “Qantas” şirkəti seçilib.

İkinci yerə Yeni Zelandiyanın “Air New Zeland” şirkəti, üçüncü yerə isə Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” şirkəti layiq görülüb.

Həmçinin ən təhlükəsiz aviaşirkətlər arasında “Qatar Airways”, “Emirates”, “Singapore Airlines”, “Lufthansa”, “Finnair”, “British Airways” şirkətlərinin adları var.

Reytinq tərtib edilərkən ölümlə nəticələnən qəzalar, gəlirlilik, təhlükəsizlik, pilotların hazırlığının səviyyəsi, şirkətin hava gəmisinin fəaliyyət müddəti nəzərə alınıb. 

Mənbə: AirlineRatings.com

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir