Mingəçevirdə iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Cəmiyyət

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə resmixeber.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü axşam saat 18 radələrində Mingəçevir şəhərinin Samux küçəsində Ülvi Hətəmovun idarə etdiyi “Mercedes” və Əhməd Əhmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də nəqliyyat vasitələrində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sonradan “QAZ-3110” markalı avtomobildəki sərnişinlərdən biri, 1983-cü il təvəllüdlü şəhər sakini Azər Manafov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir