“Vaqner”çilər Soledarın mərkəzindən video yayıblar, Kiyev isə şəhərin itirilmədiyini iddia edir – VİDEO

Dünya

Rusiya silahlı qüvvələri Ukraynanın Soledar şəhərini ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Soledarın nəzarətə götürülməsi Baxmut şəhərində olan Ukrayna qoşunlarının təchizatını kəsməyə və orada qalan Ukrayna ordusunun bölmələrinin mühasirəsini daraltmağa imkan verir”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Eyni zamanda Rusiya ordusuna informasiya dəstəyi verən “Telegram” kanallarında “Vaqner”çilərin şəhərə daxil olduğunu əks etdirən görüntülər yayımlanıb.

Rusiya tərəfinin açıqlamasına Kiyevin cavabı gecikməyib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Soledarda vəziyyət ağır olsa da, nəzarət altındadır.

“Vaqner” bölmələri dalğavari hücum taktikasından istifadə ediblər və nəticədə böyük itkilər veriblər”, – deyə Aleksey Reznikov söyləyib.

Mənbə: Unian

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir