Yardımlıda avtomobil dərəyə aşdı: Xəsarət alan var

Cəmiyyət

Yardımlı rayonunda qarlı hava şəraiti qəzaya səbəb olub.

“resmixeber.az”un məlumatına görə, 1983-cü il təvəllüdlü Kərimov Yusif Səlimsan oğlu sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir