“Arşın mal alan” filminin kadrarxası görüntüləri – VİDEO

Mədəniyyət

1945-ci ildə lentə alınan “Arşın mal alan” bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb.

Görüntülər “AzTV Tarix” “YouTube” kanalında yayımlanıb. Lent yazısında aktyorlarla yanaşı, filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb.

Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub.

Filmdə gənc “tacir Əsgər” rolunu Xalq artisti Rəşid Behbudov, “Gülçöhrə” rolunu isə Xalq artisti Leyla Bədirbəyli (Cavanşirova) ifa ediblər.

Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir