Xızıda qarın hündürlüyü 25 sm olub – FOTO/VİDEO

Cəmiyyət

Şimal bölgəsində şaxtalı, qarlı hava bu gecə də davam edib.

Bizim.Media xəbər verir ki, bölgə üzrə ən çox qar (25 sm) Xızının Altıağac qəsəbəsində yağıb.

Qubanın Xaltan kəndində isə 16,3 dərəcə şaxta qeydə alınıb.

Bölgənin bütün avtomobil yolları buz bağlayıb. Qubadakı 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər erkən saatlarından Quba-Bakı, Quba-Qusar, Quba-Xaçmaz, Quba-Xudat və kənddaxili yollara qum və duz tökülməsini təmin ediblər.

İdarənin mühəndisi Rövşən Babayev qurumun gücləndirilmiş rejimi ilə işlədiyini və buz bağlamış yolların nəqliyyat üçün açıq və maneəsiz olması üçün tədbirlər görüldüyünü deyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir