
Bakı. Trend:
Legioner xəstəliyi üçün əsas risk faktoru epidemiyaların
coğrafiyası deyil, su təchizatının vəziyyətidir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST təhlükənin su sistemlərinin keyfiyyətindən asılı olduğunu
vurğulayıb. Bakteriyaların çoxalmasının qarşısını almaq üçün,
xüsusən də səhiyyə müəssisələrində və otellərdə su sistemlərini
müntəzəm olaraq təmizləmək və zəruri hallarda dezinfeksiya etmək
tövsiyə olunur.
Qeyd edək ki, “legionella” bakteriyalarının səbəb olduğu,
pnevmoniyaya bənzəyən ağır və potensial ölümcül bir ağciyər
infeksiyasıdır. Bu yaxınlarda Nyu-Yorkda iki nəfərin ölümü ilə
nəticələnən legioner xəstəliyinin yayılması barədə məlumat
verilmişdi.

