
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq
seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir
göstərməyəcəyinə inanır.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının
Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və
seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü
dəstəyə malik olacağına əmindir.
Məlumata görə, Tramp 2028-ci il prezident seçkilərində üçüncü
dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də,
əslində, hazırkı Vitse-prezident Cey. Di. Vensin Respublikaçılar
Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial
vitse-prezidentliyə namizəd kimi isə Dövlət katibi Marko Rubionun
adı çəkilir.
ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.
Səsvermə zamanı Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün
tərkibi yenidən seçiləcək.

