Azərbaycanda sutka ərzində 56 cinayətin üstü açılıb, 111 axtarışda olan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

İyulun 31-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən
bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111 nəfər, o
cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.




Məlumata görə, narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt
müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 53 nəfər
saxlanılıb.