
Bakı. Trend:
Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı
möhkəmlənir.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev
Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.
“Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı
möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası
225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136
milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli
tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş
etdirir”, – deyə dövlətimizin başçısı əlavə edib.

