Tramp HƏMAS-ın tam silahsızlaşdırılması ilə bağlı razılaşmanın əldə edildiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatının və Qəzza zolağında
fəaliyyət göstərən digər silahlı qrupların tam
silahsızlaşdırılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğunu
bəyan edib.

Bu barədə Tramp, “Truth Social” sosial şəbəkəsində paylaşım
edib.




“Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzza zolağındakı bütün digər
silahlı qruplaşmaların tam silahsızlaşdırılmasını nəzərdə tutan
tarixi razılaşmanı təsdiqləyib. Bu addım bölgədə uzunmüddətli
sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm
irəliləyişdir”, – deyə Tramp bildirib.