“Arsenal” İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb

Baş səhifə
Arsenal İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb

Londondakı “Emirates” stadionunda keçirilən İngiltərə Liqa Kubokunun dörddəbir final oyunu “Arsenal” və “Kristal Palas” arasında başa çatıb.

“Report”un məlumatına görə, əsas vaxt 1-1 hesabı ilə başa çatıb və “Arsenal” penaltilər seriyasında 8-7 hesabı ilə qalib gəlib.

“Arsenal” İngiltərə Liqa Kubokunun yarımfinalında “Çelsi” ilə, “Nyukasl Yunayted” və “Mançester Siti” isə digər oyunda qarşılaşacaq. Yarımfinalın ilk oyunları 12 yanvar həftəsində, cavab oyunları isə 2 fevral həftəsində keçiriləcək.

Turnirin hazırkı qalibi əvvəlki turnirin finalında “Liverpul”u 2-1 hesabı ilə məğlub edən “Nyukasl Yunayted”dir.