Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqları yenidən təşkil etməyə hazırdır – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını yenidən
təşkil etməyə hazırdır.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun
Ankara sammitindən sonra bildirib.




“NATO sammitində Ukraynadakı müharibənin nəticələrini də
müzakirə etdik. Müharibənin lap əvvəlindən Türkiyə həll yolu tapmaq
üçün dialoq və diplomatiyanı müdafiə edib. Bizim prinsipial
mövqeyimiz həm [Rusiya Prezidenti] cənab [Vladimir] Putinə, həm də
cənab [Vladimir] Zelenskiyə, eləcə də müttəfiqlərimizə yaxşı
məlumdur. Bu gün ədalətli sülh şəraitində uduzan olmayacaq
çağırışımı bir daha təkrarlamaq istəyirəm. Türkiyədə tərəfləri
yenidən bir araya gətirməyə hazır olduğumuzu bir daha bəyan
edirəm”, – deyə o bildirib.