“Liman Estate” – Bakıda yeni yaşam standartı (FOTO)

Baş səhifə

Bakı. Trend:

PAŞA Real Estate lüks rezidensiyaların yeni kolleksiyası: Liman
Estate-in satışına başlayır. Layihə şəhər mərkəzi və Bakı
Bulvarının ən müasir nöqtələrindən birində, Crescent Bay-də
yerləşir.

Qapalı yaşayış kompleksi kimi Liman Estate özünəməxsus
yerləşməsi, Bakı Bulvarına birbaşa çıxış, yüksək dərəcədə
eksklüzivlik və xüsusi dizaynlı landşaftı ilə unikal şəhər həyatı
təklif edir.

Sakit, geniş və qapalı yaşam sahələri adətən şəhər kənarına xas
olsa da, Liman Estate-də bütün bunlara şəhərin tam qəlbində sahib
olmaq mümkündür.

Liman Estate dörd ədəd 6 mərtəbəli binadan ibarətdir və satışda
sadəcə 209 rezidensiya var. Layihədə sahəsi 70-85 m² olan
studiyalar, eləcə də 100-680 m² aralığında 1-5 yataq otaqlı
seçimlər təqdim olunur. Limitli rezidensiya sayı və sıxlığın aşağı
olması düşünülmüş memarlıq yanaşmasıdır. Bunun nəticəsində, şəhər
mərkəzi üçün olduqca nadir sayılan sərbəstlik və özəl bir atmosfer
ortaya çıxır.

Kompleksin sadəcə sakinlərə məxsus olması, ətrafdan seçilən
xüsusi dizaynı və qapalı şəhərcik hissi Bakının dinamik mərkəzində
təsəvvür edilməsi belə çətin olan unikal bir mühit yaradır.

Bakı Bulvarı üzərində yerləşməsi Liman Estate-i paytaxtın ən
dəyərli sahilyanı ünvanlarından birinə çevirir. Sakinlər Xəzər
sahili boyunca uzanan bulvara birbaşa çıxış əldə edir. Eyni zamanda
biznes və ticarət mərkəzlərinə, elit restoranlara və mədəni
məkanlara olduqca yaxın yaşayırlar.

Liman Estate şəhər, dəniz və oxşar həyat tərzinə sahib
insanlarla təbii bağ quran unikal yaşayış kompleksidir. Layihə
müasir şəhər həyatında getdikcə daha çox ehtiyac duyulan özəllik və
sakitlik hissini təqdim edir. Bu səbəbdən Bakının yüksələn
mərkəzində bənzərsiz bir həyata sahib olmaq üçün qaçırılmaz
fürsətdir.




Fərdi tur sifarişi üçün: +994 51 201 3232 | *2024
|
[email protected]

Layihə barədə ətraflı: https://pasharealestate.az/az/portfolio-az/liman-estate-aze

PAŞA Real Estate Qrup haqqında:

PAŞA Holding-in tərkibinə daxil olan PAŞA Real Estate Qrup
daşınmaz əmlakın investisiyası, inkişafı, satışı, icarəsi, strateji
idarə olunması və istismarı sahəsində fəaliyyət göstərir. Qrupun
fəaliyyəti Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Monteneqro
və Amerika Birləşmiş Ştatlarını əhatə edir.

Qrupun diversifikasiya olunmuş portfelinə lüks otellər,
beynəlxalq səviyyəli kurortlar, ticarət mərkəzləri, premium yaşayış
layihələri və çoxfunksiyalı komplekslər daxildir.

Keyfiyyət, etibarlılıq və müştəriyönümlülük prinsiplərini rəhbər
tutan PAŞA Real Estate Qrup daşınmaz əmlak sektorunda yeni
standartlar formalaşdırmağa və aktivlərinin dəyərini qlobal
miqyasda artırmağa davam edir.

www.pasharealestate.az