ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Baş səhifə
ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun oktyabrın 24-də Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə “Report” ADSEA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, qəbul oktyabrın 31-də keçiriləcək.

Qəbul Göygöl və Daşkəsən rayonlarının sakinləri üçün nəzərdə tutulub.