
Bakı. Trend:
Konqo Demokratik Respublikasında təsdiqlənmiş “Ebola” virusuna
yoluxma hallarının sayı 1460-a çatıb. Xəstəlik nəticəsində ən azı
452 nəfər həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqoda “Ebola”ya səbəb olan
virusun müalicəsi üçün iki dərmanın klinik təcrübələrinə
başlandığını bildirib.
ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus deyib ki, sınaqlarda
iştirak edən xəstələr tam tibbi xidmətlərdən istifadə edəcəklər.
Diqqətə çatdırıb ki, xəstəliyə səbəb olan bundibuqyo virusuna qarşı
hər hansı təsdiqlənmiş müalicə və peyvənd mövcud deyil.

