Tramp İranın ABŞ-nin bütün tələbləri ilə razılaşdığını bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişə zamanı
qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olduğunu
bildirib.

Bu barədə o, CNBC telekanalına müsahibəsində deyib.

“Məncə, onlar bizə lazım olan demək olar ki, bütün şərtlərlə
razılaşıblar”, – deyə Tramp bildirib.

O əlavə edib ki, Tehranla danışıqlar davam edir və hərbi
münaqişə İranın nüvə silahı məsələsinin həllinə gətirib
çıxarıb.




“Bu, İranın nüvə silahından məhrum edilməsidir”, – deyə ABŞ
Prezidenti vurğulayıb.

Trampın fikrincə, təxminən dörd ay davam edən münaqişə nisbətən
qısa müddətdə ABŞ ordusunun qarşıya qoyduğu məqsədlərə nail
olmasına imkan verib.

“Mən nəyə nail oldum? Mən onları hərbi baxımdan darmadağın
etdim”, – deyə ABŞ lideri bildirib.