İranın özünümüdafiə hüququ müzakirə mövzusu deyil – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai milli
təhlükəsizlik və İranın dövlət ləyaqəti məsələlərinin danışıqlara
və ya şərti müzakirələrə məruz qalmadığını bildirib.

İran mediası yazır ki, o, İranın özünümüdafiə hüququ və onu
həyata keçirmək vasitələrinin heç bir tərəflə danışıqların mövzusu
ola bilməyəcəyini vurğulayıb.

Bəqai sosial media paylaşımında ölkənin müdafiə hüququnu
məhdudlaşdırmaq üçün edilən hər hansı bir cəhdin qəbuledilməz
olduğunu əlavə edib.




İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İranın
hərbi potensialının İran xalqının təcavüz və cinayətlərə qarşı
qanuni müdafiə hüququna zəmanət verməsi, eyni zamanda regionda sülh
və sabitliyi təmin etməsi hər kəsə aydın olmalıdır.

Onun sözlərinə görə, İranın regionun kollektiv təhlükəsizliyinə
digər tərəflərdən daha çox marağı var.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Körfəz dövlətlərini
regional sabitliyə zərər verəcək xarici güclərlə əməkdaşlığa görə
qınayıb.