
Baki. Trend:
Laçın rayonu Taxtakörpü tam orta ümumtəhsil məktəbində aparılmış
yoxlama zamanı müəssisənin fəaliyyətində ciddi nöqsanlar aşkar
edilib. Aşkarlanmış pozuntular əsasında Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyinin 12 fevral 2026-cı il tarixli əmri
ilə müəssisənin direktoru Məmmədov Səxavətin əmək müqaviləsinə Əmək
Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.
Trend-in əldə
etdiyi məlumata görə, sabiq direktor əmək müqaviləsinə xitam
verilməsi barədə əmrin ləğv olunması və işə bərpa tələbi üzrə
Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. Aparılmış araşdırma
nəticəsində iddia tələbi əsassız hesab edilib və rədd edilib.
Məhkəmə işəgötürən tərəfindən qəbul edilmiş əmrin
qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən etmiş və əmək
münasibətlərinə xitam verilməsi üçün hüquqi əsasların mövcudluğunu
təsdiq edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi faktı
təsdiqləyib.

