Dünya çempionatı: İsveç millisi Tunisi darmadağın edib

Baş səhifə

Bakı. Trend:

İsveç futbol millisi dünya çempionatının qrup mərhələsinin
açılış oyununda Tunisi 5-1 hesabı ilə məğlub edib. Görüş Meksikada
baş tutub.

Qalib komandanın heyətində Yasin Ayari 7-ci və matça əlavə
olunmuş 2-ci dəqiqələrdə fərqlənərək dubl edib. Digər qolları isə
Aleksander İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq (86)
vurublar. Məğlub komandanın yeganə qolunun müəllifi 43-cü dəqiqədə
Omar Rekik olub.




Qrupun digər oyununda Niderland və Yaponiya 2-2 hesablı heç-heçə
etdikdən sonra İsveç F qrupunda birinci yerə yüksəlib.