Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb – Avropa Kuboku

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa
Kubokunun seçmə mərhələsində final oyununa çıxıb.

Komanda həlledici görüşdə İrlandiya ilə üz-üzə gəlib.

Matç yığmanın 21:20 hesablı qələbəsi ilə yekunlaşıb.




Bununla da, Azərbaycan millisi Avropa Kubokunun final
mərhələsinə yüksəlib.

Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın
Antverpen şəhərində keçiriləcək.