
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş
verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə
baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə
yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazidə 700 kv.m. sahədə qamışlıq və
kol-kos yanıb.
Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə
olunub.

