Şimşək çaxır, leysan yağır – FAKTİKİ HAVA

Baş səhifə

Bakı.Trend:

İyunun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə
ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi
yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Düşən yağıntının miqdarı Culfada 23, Daşkəsəndə 12, Naftalanda
11, Ordubadda 9, Qubada 8, Şahdağda 7, Qubadlı, Laçında 6,
Zaqatala, Goranboyda 4, Naxçıvan, Sədərək, Göygöl, Tərtər,
Beyləqanda 3, Gədəbəy, Qusar, Şəki, Xaçmaz, Yevlax, Biləsuvarda 2,
Gəncə, Şəmkir, Balakən, Qəbələ, İsmayıllı, Bərdə, Göyçay, Zərdab,
Ağstafa, Kürdəmir, İmişli, Sabirabad, Neftçala, Ağdam, Kəlbəcər,
Şuşa, Xankəndi, Xocalı, Füzuli, eyni zamanda Bakıda və Abşeron
yarımadasında 1 mm-dək qeydə alınıb.




Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti
Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan və
Daşkəsəndə 18 m/s-yə çatıb.

İyunun 12-də saat 15:12 radələrində Qazax rayonunun bəzi
kəndlərinə, saat 16:22 radələrində Tovuz rayonuna, saat 17:30
radələrində Daşkəsən rayonunun Qaraqollar kəndinə diametri 15-20
mm, eyni zamanda rayonun Alaxançallı, Çanaqçı, Şahkərəm kəndlərinə,
saat 18:47-18:51 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndinə
diametri 10 mm, saat 20:30 radələrində Kəlbəcərə, saat 21:48-21:55
radələrində Laçın rayonunun Sus kəndinə diametri 10-12 mm, saat
23:30-23:39 radələrində Zəngilan rayonunun Məmmədbəyli kəndinə
diametri 12-15 mm olan dolu düşüb.