“Baharın on yeddi anı”nın aktyoru vəfat edib

Baş səhifə

Bakı. Trend:

Latviyalı aktyor Pauls Butkeviç 85 yaşında vəfat edib.

Bu barədə Latviya Kinematoqrafçılar İttifaqı məlumat verib.

Butkeviç daha çox “Baharın on yeddi anı” adlı sovet televiziya
serialında Ştirlitzin rabitəçisi rolu ilə tanınır.




Məlumatda ölüm səbəbi göstərilməyib. Son illərdə aktyor bir neçə
dəfə infarkt keçirmiş və əlil arabasına məhkum olmuşdu.

Paul Butkeviç 1960-cı ildə filmlərdə aktyorluğa başlayıb. O “Hippokrat andı” filmində baş rolu canlandırıb. Karyerası boyunca
aktyor filmlərdə və televiziya seriallarında 150 rol oynayıb.