Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var

Baş səhifə
Şəmkirdə mikroavtobus kanala aşıb, xəsarət alanlar var

İstixanada işləyən fəhlələri Yevlaxdan Şəmkirə aparan mikroavtobus idarəetmədən çıxaraq su kanalına aşıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.