Hörmüz boğazı gəmiçilik üçün açıqdır – CENTCOM

Baş səhifə

Bakı. Trend:

Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün
açıqdır.

Bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM)
bildirib.

“Hörmüz boğazı tranzit üçün açıqdır. Hörmüz boğazından keçən
ticarət gəmiləri üçün təhlükəsiz keçidlər yaradılıb. Bu keçidlər
İran blokadasına əməl edən bütün gəmilər üçün əlçatandır”, – deyə
qeyd olunub.




Həmçinin bildirilib ki, İran Hörmüz boğazına nəzarət etmir.

Mərkəzi Komandanlığın məlumatına görə, son iki ay ərzində
yüzlərlə ticarət gəmisi İranın dəniz blokadasını pozmadan boğazdan
keçib.