Dünya çempionatının açılış matçında Meksika Cənubi Afrikanı məğlub edib

Baş səhifə

Bakı. Trend:

Meksika futbol millisi dünya çempionatının açılış oyununda
Cənubi Afrikanı 2-0 hesabı ilə məğlub edib.

Oyun Mexiko şəhərindəki “Asteka” stadionunda 80 824 tamaşaçının
qarşısında baş tutub.




Qolları Julian Kinyones (9-cu dəqiqə) və Raul Ximenes (67)
vurublar.

Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya
Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk
ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan
qovulub.