İspaniya millisinin forvardı dünya çempionatını buraxa bilər

Baş səhifə

Bakı. Trend:

İspaniya və “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal
Peru(3:1) ilə yoldaşlıq oyununda zədələnib.

Trend xəbər
verir ki, 29 yaşlı futbolçunun Peru millisinin müdafiəçisi ilə hava
mübarizə zamanı ayağının üstünə yöndəmsiz şəkildə düşməsi
nəticəsində baş verib.

Nəticədə o, meydançanı erkən tərk etmək məcburiyyətində qalıb.
Tibb heyəti ilə məsləhətləşmədən sonra oyunçunun sağlamlığını riskə
atmamaq qərarı verilib və onun yerinə hücumçu Yeremi Pino meydana
buraxılıb.




Oyarzabalın zədəsinin ciddi olub-olmadığını müəyyən etmək üçün
əlavə tibbi müayinələrə ehtiyac olacaq. Əgər zədə gözləniləndən
daha ciddi olarsa, hücumçu ən azı iki gün sonra, iyunun 11-də
başlayacaq dünya çempionatının startını buraxmaq riski ilə
üzləşib.

İspan hücumçu ötən mövsüm klubda 40 oyun keçirib, 18 qol vurub
və dörd məhsuldar ötürmə edib.