
Bakı.Trend:
Abşeron rayonunda sürücülər arasında insident baş verib.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 7-də
Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı
avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı
polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat
nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək
saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına
yerləşdirilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət
tədbirləri görülür.

