
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi
sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində
yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən bildirilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təhlükəsiz
əraziyə təxliyə olunub.
Əlavə məlumat veriləcək.
XXX
16:35
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən
çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat
daxil olub.
Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional
Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
edir.
Əlavə məlumat veriləcək.

