Tramp Livanın İranla bağlı qısamüddətli sazişə daxil edilməsini tələb etmir

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp İranla mümkün qısamüddətli razılaşmaya Livanın daxil edilməsini tələb etmədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “NBC News” telekanalına müsahibəsində danışıb.

“Bunu tələb etmirəm. Düşünürəm ki, onlar bunu istəyərlər, amma mən belə bir tələb irəli sürmürəm”, – deyə Ağ Ev rəhbəri deyib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi “Al Mayadeen” telekanalına müsahibəsində İran və ABŞ arasında münaqişənin yalnız İsrailin Livandakı hərbi əməliyyatları dayandıracağı təqdirdə həll oluna biləcəyini demişdi.