
Bakı.Trend:
Amerikanın “Ford” avtokonserni 420 minə yaxın yolsuzluq
avtomobilini (SUV) geri çağırır.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Söhbət 2018–2022-ci illərdə istehsal olunmuş təxminən 420.000
“Expedition” və “Navigator” SUV modelindən gedir.
Kütləvi geriçağırılmaya səbəb avtomobillərin təhlükəsizlik
kəmərinin ön gərginləşdiricilərində (pretensioner) nöqsanın
aşkarlanmasıdır. Belə ki, həmin nöqsan ucbatından qəza vaxtı kəmər
tam effektiv olmaya bilər.

