Trampın İranın Ali Lideri ilə əlaqədar açıqlamaları həqiqəti əks etdirmir – İranlı ekspert

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın İranın Ali Lideri Seyid Müctəba
Xameneinin müzakirələrdə iştirak etməsinə dair açıqlaması həqiqəti
əks etdirmir.

Bu barədə Trend-ə açıqlamasında İranın Azərbaycandakı sabiq
səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, İran parlamentinin sədri Məhəmməd Baqir
Qalibafın başçılıq etdiyi heyətin Pakistanın İslamabad şəhərində
İran və ABŞ arasında 1-ci tur müzakirələrdən sonra hər hansı
müzakirə tutmayıb.




“ABŞ tərəfinin ədalətli anlaşma əldə etmək üçün iradə
sərgiləmədiyinə görə yenidən müzakirə aparmaq üçün şərait yoxdur”,
– deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son vaxtlar verdiyi
açıqlamada İranın Ali Liderinin müzakirələrdə iştirak etdiyini və
gələcəkdə onunla görüşmək istədiyini bildirib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran
arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.