
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Baş Konsulluqdan bildirilib.
Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərdən məlumatlıdır:
“Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə müvafiq işlər aparılır. Baş Konsulluq konsulluq mandatına uyğun olaraq zəruri tədbirləri görməkdədir”.
Töhfə Səməd

