
Bakı. Trend:
Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə
danışıqlar prosesinin başlanmasına hazırlıq mərhələsini işə
salıb.
Trend xəbər verir ki,
bu barədə Aİ Şurasının Kipr sədrliyi “X” sosial şəbəkəsində məlumat
yayıb.
Bildirilib ki, Kipr sədrliyi Ukrayna və Moldovanın Avropa
İttifaqına inteqrasiyası üzrə danışıqların birinci klasterinin
rəsmi açılışına hazırlıq işlərinə start verib.
Kipr tərəfi yaxın günlərdə Aİ Şurasında bu məsələ üzrə
müzakirələrin yekunlaşdırılması üçün intensiv fəaliyyət
göstərəcəyini açıqlayıb.
Danışıqların rəsmi başlanmasının iyunun 15-də Lüksemburqda
keçiriləcək Aİ-nin genişlənməsi üzrə hökumətlərarası konfrans
çərçivəsində baş tuta biləcəyi bildirilir.

