“Sabah” millimizin üzvü ilə müqavilə imzaladı

Baş səhifə

Bakı. Trend:

“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə
bağlayıb.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Tellur 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 31 yaşlı
futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Azərbaycan
millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə
102 oyun keçirib.

Mütəllimov komandanın uğurlarında xüsusi pay sahibi olmuş
futbolçulardandır. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan
çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.