
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və
Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Qəbul saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində (ünvan:
Ağdam şəhəri, Heydər Əliyev prospekti, “İmarət” küçəsi)
keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri
(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə
də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı
(əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050)
200-36-11, elektron poçt ünvanı: [email protected])
vasitəsilə müraciət edə bilərlər.
Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış
“Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək
mümkündür.

