ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!

Baş səhifə

Bakı. Trend:

ABBHome platformasına Mygov ID ilə daha sürətli giriş
imkanı!

ABB özünün rəqəmsal ipoteka platforması ABB Home ilə bağlı
istifadəçilərə daha bir yeniliyi təqdim edib. İndi müştərilər şəxsi
kabinetlərinə Mygov ID vasitəsilə daxil olub xidmətlərdən daha
rahat və təhlükəsiz şəkildə yararlana bilərlər.

Yeni inteqrasiya sayəsində istifadəçilər əlavə qeydiyyatdan
keçmədən, özlərinə məxsus Mygov ID ilə ABB Home platformasına giriş
edərək, ipoteka proseslərini daha çevik idarə etmək imkanı
qazanırlar. Bu yenilik, rəqəmsal xidmətlərin əlçatanlığını artırır,
müştəri təcrübəsini xeyli asanlaşdırır.

Bankagəlmədən ipoteka sənədləşməsi

Qeyd edək ki, “Mənzil, fərdi yaşayış və bağ evləri üçün ipoteka
krediti” məhsuluna əlavə olaraq “Girov təminatlı kredit” və “Təmir
krediti” məhsulları üzrə də ABB Home üzərindən müştəriyə ayrıla
biləcək kredit məbləğini öyrənmək, tələb olunan sənədləri kabinetdə
toplamaq və kreditin ayrılması qərarının verilməsi mərhələsinədək
bütün əməliyyatları banka gəlmədən icra etmək mümkündür.




Platformadakı “Əmlakınızı qiymətləndirin” aləti daha da
təkmilləşdirilərək istifadəçilərə mənzil qiymətlərinin son 12 ay
üzrə dəyişmə dinamikasını izləmək imkanı verir. Bununla yanaşı,
artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində
yerləşən həyət evləri və torpaq sahələri üzrə də qiymətləndirmə
aparmaq mümkündür. İstifadəçilər, həmçinin təqdim olunan
qiymətlərlə bağlı rəy və təkliflərini platforma üzərindən birbaşa
paylaşa bilərlər.

Təkmilləşdirilmiş kalkulyator

Bundan əlavə, platformada istifadəçilərin xidmətinə yeni kredit
kalkulyatoru təqdim olunub. Universal funksionallığa malik bu alət
vasitəsilə müştərilər kredit məbləği, müddəti, faiz dərəcəsi və
aylıq ödənişlər üzrə müxtəlif hesablamalar apararaq maliyyə
planlamasını daha rahat həyata keçirirlər.

Kalkulyator həm aylıq ödənişlərin hesablanmasına, həm mümkün
faiz dərəcəsinin müəyyən edilməsinə, həm də ödəniş məbləğində
dəyişikliklərin kredit müddətinə və qrafikinə təsirinin əvvəlcədən
qiymətləndirilməsinə imkan yaradır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.