Şri-Lankada qocalar evindəki yanğında azı 12 nəfər ölüb

Baş səhifə

Şri-Lankada qocalar evində baş verən yanğında azı 12 nəfər ölüb.

“Reuters”in xəbərinə görə, hadisə paytaxt Kolombodan təxminən 55 kilometr məsafədə yerləşən Anquruvatota bölgəsində yerləşən qocalar evində baş verib.

Yanğın nəticəsində daha 8 nəfər xəstəxanaya yerləşdirilib, ümumilikdə 51 nəfər xilas edilib.

Məlumata görə, yanğın söndürülüb, müəssisənin direktoru isə saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.