
Bakı.Trend:
Bəhreynin təhlükəsizlik qüvvələri İranla əməkdaşlıqda ittiham
olunan 20 nəfəri, o cümlədən beş şiə din xadimini saxlayıb.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, həbslər dalğası regionda ABŞ və İran arasında
qarşıdurmanın növbəti dəfə gərginləşməsi fonunda baş verib.
Krallıqda saxlanılan şiə din xadimləri və fəalların ümumi sayı 58
nəfərə yüksəlib.

