
Bakı. Trend:
Sabunçu rayonu ərazisində, Aeroport şosesində yol-nəqliyyat
hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən Trend-ə verilən məlumata görə, qəza hərəkətin intensiv
olduğu yolda sürücülərdən birinin sürəti azaltması və təhlükəli
manevr etməsi nəticəsində qeydə alınıb. Hadisə zamanı bəzi
sürücülərin düzgün ara məsafəsi saxlamaması nəqliyyat vasitələrinin
toqquşmasına səbəb olub.
Bildirilib ki, qəzanın baş verməsində əsas amillərdən biri
hərəkət iştirakçılarının manevr zamanı təhlükəsizlik qaydalarına
tam əməl etməməsi olub.
Qeyd edilib ki, dönmə işığının yandırılması sürücüyə yolda
üstünlük vermir və digər hərəkət iştirakçılarının hərəkət
trayektoriyasını nəzərə almadan manevr etmək üçün əsas hesab edilə
bilməz.
DİN sürücülərə təhlükəsiz ara məsafəsini qorumağı, manevrlər
zamanı diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət
etməyi tövsiyə edib.

