İran 18 yeraltı raket anbarına girişi bərpa edib

Baş səhifə

Bakı. Trend:

İran hərbi əməliyyat zamanı ABŞ-ın zərbələri nəticəsində
girişləri bağlanmış 18 böyük yeraltı raket anbarına girişi bərpa
edib.

Trend-in
məlumatına görə, bu barədə “CNN” televiziya kanalı peyk
görüntülərinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, İran bu bazalara aid tunellərin 69
girişindən 50-ni qazaraq açmağa nail olub. Ekspertlərin fikrincə,
yeraltı arsenalardan sursatın sürətlə çıxarılması sayəsində İran
indi İsrailə və Yaxın Şərqin digər ölkələrinə daha çox uzaqmənzilli
raket buraxa bilər.




“Əgər döyüş əməliyyatları yenidən başlasa, İran istehsal
dayandırılsa belə, buraxılış qurğuları və onları idarə edən
heyətlər mövcud olduğu müddətdə raket buraxılışlarını davam etdirə
biləcək”, – deyə telekanala Ceyms Martin Yayılmama Araşdırmaları
Mərkəzinin elmi işçisi Sem Ler bildirib.

Onun fikrincə, “iranlıların hələ də malik olduqları raket
ehtiyatlarından istifadə edərək buraxılış qurğularını təchiz etməyə
heç nə mane olmur”.

Telekanal qeyd edib ki, ekspertlər İranın yeraltı anbarlarda
təxminən 1000 raket saxladığına hesab edirlər.