Azərbaycan neftinin qiyməti açıqlandı

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın Azeri Light CIF
markalı xam neftinin qiyməti əvvəlki qiymətə nisbətən 2,56 dollar
və ya 2,5% azalaraq bir barel üçün 98,01 dollara düşüb.

Bu barədə Trend-ə neft bazarındakı mənbə bildirib.

Türkiyənin Ceyhan limanında Azeri Light FOB markalı xam neftin
qiyməti 2,49 dollar və ya 2,5% azalaraq 95,89 dollara düşüb.




URALS markalı xam neftin qiyməti əvvəlki qiymətə nisbətən 3,09
dollar və ya 4,2% azalaraq bir barel üçün 70,78 dollara düşüb.

Şimal dənizində hasil edilən Dated Brent markalı xam neftin bir
barelinin qiyməti əvvəlki qiymətə nisbətən 3,24 dollar və ya 3,3%
azalaraq bir barel üçün 93,56 dollara düşüb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində orta hesabla bir barel
üçün neftin qiyməti 65 dollar proqnozlaşdırılır.